USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Çinin Sədri, Tacikistan və Qırğız Respublikasının prezidentləri Azərbaycan Prezidentini təbrik edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 28 il ərzində davamlı iqtisadi inkişaf yolu ilə irəliləyir, xalq sülh və rifah içində yaşayır, ölkənizin beynəlxalq statusu və nüfuzu daimi artır. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Bu yaxınlarda İkinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində biz Sizinlə əhəmiyyətli görüş keçirdik və bir sıra razılıqlar əldə etdik. Ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin və bütün sahələrdə əməkdaşlığın daha yeni pilləyə yüksəlməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar diləyirəm.

Dost Azərbaycana inkişaf və rifah, onun xalqına xoşbəxtlik arzulayıram”.

 

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə bildirilir: “Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və dost Azərbaycanın bütün xalqını təbrik etməkdən böyük məmnunluq duyuram.

Azərbaycan Respublikası ilə dövlətlərarası münasibətlər Tacikistan Respublikasının xarici siyasi fəaliyyətində mühüm yer tutur.

Biz ölkələrimiz arasında son illərdə dinamik inkişaf edən və dərinləşən çoxşaxəli qarşılıqlı əlaqələrin indiki səviyyəsini yüksək qiymətləndiririk.

Əmin olduğumu bildirirəm ki, tərəflərin ali səviyyədə son danışıqları və görüşləri çərçivəsində əldə edilmiş razılaşmaların ardıcıl olaraq birlikdə reallaşdırılması əməkdaşlığın bütün sahələrində münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni zəfərlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzularımı bildirmək istəyirəm”.

 

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov da Azərbaycan Prezidentinə təbrik göndərib. 

Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qırğızıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Qırğızıstan qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.

Əminəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da möhkəmlənəcək, ölkələrimizin və xalqlarımızın rifahının yaxşılaşmasına şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!