USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri doktoru oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının iclasında rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova institutun fəxri doktoru diplomu təqdim olunub.

İnstitutdan ASAN Radioya verilən məlumata görə, Oleq Kuznetsov bu fəxri ada Azərbaycan və Rusiya arasında elmi əlaqələrin inkişafındakı mühüm xidmətlərinə görə layiq görülüb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov O.Kuznetsovu Rusiyanın görkəmli alimlərindən biri, həm də Azərbaycan tarixçilərinin dostu adlandırıb: “O, elmdə obyektivlik tərəfdarıdır. Ermənilərin Cənubi Qafqazda məskunlaşması Çar Rusiyasının köçürmə siyasəti ilə bağlıdır. Kuznetsovun ermənilərin buraya Rusiya imperatoru I Pyotrun manifesti ilə köçürülməsini etiraf etməsi böyük əhəmiyyətə malikdir”.

Elmi Şuranın iclasında Oleq Kuznetsov məruzə ilə çıxış edib.

O.Kuznetsov bildirib ki, erməni terrorçu-daşnak qüvvələri faşizmə xidmət ediblər: “Daşnak partiyasının liderlərindən olan Qaregin Njde Hitler Almaniyası ilə əməkdaşlıq edib. Ermənistanda Qaregin Njde qəhrəmanlaşdırılır. Nasizmin təbliği Ermənistanda dövlət siyasətinə çevrilib. Mən erməni terrorizmini nasizmə bərabər tuturam. Erməni terrorçuları türk xalqlarını, nasistlər isə yəhudiləri məhv ediblər”.

İclasda çıxış edən tarixçi alimlər onun Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynadığını bildiriblər.

Elmi Şura institutun fəxri doktorları sırasında O.Kuznetsovun da portretinin yer tutması barədə qərar qəbul edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!