USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən ASAN Radioya bildirilib ki, bu proqram çərçivəsində Bakının Nizami rayonunda, B.Çobanzadə küçəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa etdirilən 96 mənzilli yaşayış binasında da artıq son tamamlama işləri aparılır. Yaşayış binasında sakinlərin rahat yaşayışı, asudə vaxtlarının təşkili, həmçinin əlilliyi olan sakinlərin maneəsiz hərəkət imkanlarına malik olmaları üçün müasir tələblərə uyğun şərait yaradılır. Burada nasosxana binası da inşa edilib, qazanxananın tikintisi, su, kanalizasiya, qaz, elektrik, rabitə təchizatı işləri başa çatmaqdadır. Binanın həyətində abadlıq və yaşıllaşdırma işləri də nəzərdə tutulub.

3 bloklu,12 mərtəbəli binadakı mənzillərin 36-sı 1 otaqlı, 48-i 2 otaqlı, 12-si 3 otaqlıdır.

Dövlət başçısının bu sahəyə xüsusi qayğısı nəticəsində ötən il şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, bu günədək isə 6654 mənzil təqdim edilib.

2019-cu ildə isə bu kateqoriyalara aid vətəndaşlara azı 800 mənzilin verilməsi nəzərdə tutulub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!