Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib. Burada hər şey çox mükəmməldir. Bakı təhlükəsiz şəhərdir. Ona görə də buradakı yarışlarda məmnuniyyətlə iştirak edirik. İnsanlar çox mehribandırlar. Hər məsələdə bizə kömək edirlər. Azərbaycanın milli xörəkləri çox dadlıdır. Burada qalmaq, məşqlər etmək üçün hər cür şərait var.
Bunu mayın 24-da Bakıda start götürən aerobika üzrə 11-ci Avropa çempionatında iştirak edən erməni əsilli rusiyalı gimnast Duxik Canazyan AZƏRTAC-a müsahibəsində deyib.
“Bakı 2015” birinci Avropa Oyunlarında da iştirak etdiklərini vurğulayan gimnast bildirib: “Dörd il əvvəl Bakıda keçirilən birinci Avropa Oyunlarında iştirak etmişik. Bakıda gözəl idman ab-havası var. Milli Gimnastika Arenası qeyri-adi gözəlliyə malikdir. Burada azarkeşlər bütün gimnastlara, eləcə də bizə güclü dəstək verirlər”.
“Arsenal” komandasının erməni futbolçusu Henrik Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasında iştirak etmək istəməməsinə münasibət bildirən gimnast deyib: “Düşünürəm ki, idmanla siyasəti qarışdırmaq düzgün deyil. Mən onun yerinə olsaydım, komandamı dəstəkləyib onun yanında olardım”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!