USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mədət Quliyev: Ola bilsin, onu mən indi burada durduğum yerdə qətlə yetiriblər

Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış olub. ASAN Radio DSX-ə istinadla xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevin çıxış edib. Həmin çıxışı təqdim edirik.

"Mən də burada durarkən çox ağır hisslər keçirirəm. Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin  polisində xəfiyyə işləmişdir. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfin¬dən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində işləmişdir. Gəncənin, Xanların, Samurun, Qasım İsmayılın rəisi olmuşdur və 1930-cu ilin noyabrın 28-də Gəncədə o, saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi burada durduğum və yaxud kimsənin durduğu yerdə onu orada qətlə yetiriblər, həyatını dəyişib. 

Amma mən bu barədə yox, mən reallıqdan, bugünkü reallıqdan danışmaq istəyirəm. Biz bura gələndə bəzilərimiz fikirləşə bilərdik ki, bu 30-cu illərdə, 40-cı illərdə oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabırçılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil. 

Heydər Əliyev bir neçə il ərzində Naxçıvanda yaşadı. Paytaxtı biz Heydər Əliyevsiz gördük, 1988-1993-cü illərdə Azərbaycanda o fəlakəti gördük, o böhranı gördük, hərc-mərcliyi gördük, biabırçılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq istəyən əlinə tapanca alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi. Belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı. Faktiki 4 iyun 1993-cü ildə Gəncədə, mən də bunun şahidi oldum və belə bir anda xalqımız, qədir bilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdilər, xahiş elədilər. Bəlkə də indi, o vaxtı hər cürətli adam, Azərbaycana  gəlməzdi. Artıq mən bu vəzifədən görürəm ki, onlar, o siyasi dəstələr də digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunan o qruplar idi və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi. 

Belə bir an Ulu Öndər öz ailəsinin də, özünün də canını təhlükə altına qoydu, Azərbaycana qayıtdı və Azərbaycanı tərəqqi yoluna qoydu. Bu gün banisi olan, Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə biz yaşayırıq. Azərbaycanı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik, amma biz reallıqda yerləşdiyimiz qonşu dövlətlərlə özümüzü müqayisə etməliyik, biz onlardan qat-qat üstünük. 

Azərbaycanın hər cürə təminatı və ən əsası da odur ki, bizim Ulu Öndər tərəfindən böyütdüyü, tərbiyə etdiyi, yaratdığı bir siyasətçi – möhtərəm prezidentimiz İlham Əliyev cənabları Azərbaycana müdrüklüklə, peşəkarlıqla rəhbərlik edir. 

Mən  məlumatlar alıram, hər gün səhər–səhər mənə məruzələr olur, bu kimi layihələr Azərbaycana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq. 

Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısında biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezidentimizə minnətdar olmalıyıq. 

Xalqımız bu gün bu gördüyümüz və yaşadığımız tarixin təkrar olun-maması üçün biz hamımız möhtərəm Prezidentimizin ətrafında sıx durmalı, öz vəzifə borcumuzu məharətlə və canımızdan da lazım olsa keçməyə hazır olmalıyıq, vəzifə borcumuzu yerinə yetirməliyik.

Təşəkkür edirəm."

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!