USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün Bakı şagirdləri imtahan verir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir. 

 

Komissiyadan Trend-ə verilən məlumata görə, bu gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər. 

 

İmtahanlarda ümumilikdə 55 908 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 31 254, XI sinif üzrə 24 654). 

 

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlayır. 

 

Buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. 

 

Bu gün Bakıda 31 254 (Yasamal rayonunda 2744, Binəqədi rayonunda 3770, Səbail rayonunda 1683, Xətai rayonunda 3397, Nərimanov rayonunda 2337, Nəsimi rayonunda 2089, Nizami rayonunda 2474, Sabunçu rayonunda 4611, Xəzər rayonunda 2908, Suraxanı rayonunda 2925, Qaradağ rayonunda 2067, Pirallahı rayonunda 249) nəfər 9-cu sinif, 24 654 (Yasamal rayonunda 2382, Binəqədi rayonunda 3125, Səbail rayonunda 1523, Xətai rayonunda 2874, Nərimanov rayonunda 2197, Nəsimi rayonunda 1719, Nizami rayonunda 2072, Sabunçu rayonunda 3074, Xəzər rayonunda 1934, Suraxanı rayonunda 2140, Qaradağ rayonunda 1408, Pirallahı rayonunda 206) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. 

 

İmtahanların idarə olunmasına ümumilikdə 79 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 2474 nəzarətçi-müəllim ayrılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!