USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Suraxanıda bir küçə hazırdır, digərində təmir gedir

Uzun müddətdir ki, təmir olunmayan küçələrin təmir edilərək vətəndaşların istifadəsinə verilməsi ilə bağlı ölkə rəhbərliyinin tövsiyə və tapşırıqlarına əsasən Suraxanı rayonunda “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər aparılır.

ASC-dən Trend-ə verilən məlumata görə, bu çərçivədə Bülbülə qəsəbəsinin Ramiz Qarayev küçəsi təmir olunub. Sözügedən küçənin uzunluğu 650 metr, eni isə 7,5 metrdir. Ümumilikdə küçə boyu 4900 kv.m ərazinin asfaltlanması işləri aparılıb.

Daha bir küçədə isə hazırda təmir işləri davam etdirilir. Bu, Hövsan qəsəbəsi Bağça küçəsidir. Küçənin uzunluğu 2100 metr, eni isə 7 metrdir.

Sözügedən küçədə yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Normal hərəkətin təşkil edilməsi məqsədilə “Azəravtoyol” ASC rəhbərliyi tərəfindən küçənin təmir edilməsi istiqamətində müvafiq işlərin başlamasına tapşırıq verilib.

Təmir işləri çərçivəsində küçənin qabarmış və dağılmış asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Zəruri olan yerlərdə yol əsasının yararsız qruntu çıxarılıb, əvəzinə isə karbonat materialı tökülərək kipləşdirilib. Bu işlər 4300 kv.m ərazidə aparılıb. Daha sonra yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.

Hazırda küçənin asfaltlanması istiqamətində işlərə başlanılıb. Ümumilikdə küçənin 15 min kv.m ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Qeyd edək ki, işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün isə əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!