USD - 1.7 EUR - 1.9338 RUB - 0.0269 TRY - 0.2945 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 20 ilin rekord istisi qeydə alınıb Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib BMT forumu davam edir BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçıları üçün mədəni tədbir təşkil olunub
Dövlət Komitəsi Prezidentin məcburi köçkünlərlə bağlı Fərmanına dair məlumat yayıb

Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 10 iyun tarixli Fərman imzalayıb. Fərman dövlətimizin başçısının “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” bu il fevralın 26-da imzaladığı 993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bununla bağlı məlumat yayıb.

Məlumatda deyilir: “dəyişikliyə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılaraq, müvafiq olaraq, 22 manatdan 33 manata və 40 manatdan 60 manata çatdırılıb.

Yeni Fərmanla bu məbləğlər “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının mətninə daxil edilib”.

Xatırladaq ki, vahid aylıq müavinətin artırılması 500 minədək məcburi köçkünün sosial müdafiəsinin gücləndirilməsinə və maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradıb”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio