USD - 1.7 EUR - 1.8799 RUB - 0.0265 TRY - 0.2973 DAHA ÇOX
SON DƏQİQƏ
Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 500-dən çox neftçi təxliyə edilib Sabahın hava proqnozu
5100 metr uzunluğunda dövlət bayrağı ilə sərhədçi yürüşü

Azərbaycan sərhədçiləri 15 iyun - Milli Qurtuluş Gününün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən ASAN Radioya bildiriblər ki, qurum tərəfindən bu münasibətlə “Vətənə xidmət–andımız, amalımızdır!” şüarı ilə möhtəşəm bayraq yürüşü təşkil edilib. Dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5100 metr uzunluğundakı dövlət bayrağımızı irəlidə generallar və zabitlər olmaqla 5 min nəfərlik heyət çiyinləri üzərində daşıyıb.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının üzərindəki sərhədçi süvarilər müqəddəs dövlət bayrağımızı başları üzərində ucaldıblar. Yürüş boyu yerləşdirilmiş zirehli döyüş texnikalarında dövlət bayrağının dalğalandırılması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənnüm edən səkkiz helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.

Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri dahi öndər Heydər Əliyevin uca xatirəsinə və milli dövlətçilik ənənələrinə sadiqliklərini, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.

Tədbirdə çıxış edən DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının Milli Qurtuluş Gününün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib. Xidmət rəisi 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qısa zamanda ölkədə sabitliyi bərpa etməsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qоrumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsini böyük qürur hissi ilə vurğulayıb.

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən “Vətənə xidmət–andımız, amalımızdır!” şüarı altında möhtəşəm bayraq yürüşü Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızı azad etməyə, işğal altındakı dövlət sərhədlərini mühafizəyə götürməyə və bütün dövlət sərhədlərimiz boyu şanlı dövlət bayrağımızı ucaltmağa sərhədçi əzminin ifadəsi olub.

Bu bayram gününün təntənəsini sərhədçilərlə birgə yaşayan hərbi qulluqçuların ailə üzvləri sərhədçilərin əzəmətli bayraq yürüşünü böyük ruh yüksəkliyi ilə qarşılayıblar. DSX-nin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, “Nur” vokal-instrumental qrupunun kollektivləri bayram gününə və bayraq yürüşünə həsr olunmuş konsert proqramı ilə şəxsi heyət qarşısında çıxış ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio