USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyə ilə İsrail arasında buzlar əridi

"Bu günə qədər olduğu kimi bundan sonra da Türkiyə Fələstin xalqının arxasında olacaq". Bunu Türkiyənin baş naziri Binali Yıldırım İsrail-Türkiyə barışığını elan edərkən deyib. 

Yıldırım jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında bildirib ki, iki ölkə arasında əldə edilən razılaşmaya əsasən, Fələstinə qarşı tətbiq edilən sanksiyaların böyük bir qismi aradan qaldırılır, “Mavi Mərmərə" hücumu zamanı həyatını itirən insanların ailələrinə təzminat verilir. Həmçinin İsrailin Türkiyədən üzr istəməsi təmin edilir.

O qeyd edib ki, ən qısa zaman ərzində Türkiyə İsrailə səfir təyin edəcək. "Bununla da Türkiyə və İsrail arasında münasibətlər normallaşır. Xeyirli olsun!”

Baş nazir deyib ki, İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək. "Bu, beynəlxalq razılaşmadır. Təzminat şəhid olanların ailələrinə veriləcək". 

Əldə edilən razılığa görə, Türkiyə Fələstinə yeni yardım gəmiləri göndərəcək. 6 illik fasilədən sonra ilk gəmi cümə günü Türkiyənin Mersin limanından Qəzzaya doğru hərəkət edəcək. Gəmilərdə Qəzza şəhərinin bərpası üçün tikinti materialları və digər ləvazimatlar olacaq.

 

Türkiyə və İsrail arasında razılaşma isə cümə günü imzalanacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!