“QəbuldASAN” verilişində bu dəfə Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumundan danışılacaq.
- Ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatının təqdimatı, Azərbaycan üçün önəmi
- ASAN Beynəlxalq Assosasiyasının görəcəyi işlər
- İntellektual məhsulumuz ASAN-ın dünyada tanıdılması üçün imkanlar
- Qazanılan uğurlar, qarşıda duran vəzifələr barədə müzakirə aparılacaq.
Verilişi cümə axşamı saat 19.5-də ASAN Radioda dinləyə bilərsiniz.
Sualları Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev cavablandıracaq.
“QəbuldASAN” verilişinin rəsmi tərəfdaşı PAŞA Bankdır.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!