USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İki ölkə Azərbaycanda tətbiq olunan elektron viza sistemi ilə maraqlanır

Azərbaycanda tətbiq edilən elektron viza sistemi ilə iki ölkə maraqlanır.

APA-nın məlumatına görə, bunu bu gün elektron viza sistemini Azərbaycanda qurmuş "Sinam LLC" şirkətinin prezidenti Elçin Əliyev Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil edilən "Dövlət xidmətlərinin gələcəyi: 2030 gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi" panelində  söyləyib.

E. Əliyev deyib ki, "Sinam LLC" şirkəti Əfqanıstan və Monqolustan ilə danışıqlar aparır.

"Sinam LLC" şirkətinin prezidenti Azərbaycanda elektron viza sistemini qurmaq üçün dövlətin vəsait xərcləmədiyini açıqlayıb: "Dövlət bu sistemin qurulması üçün heç nə xərcləmədi, infrastrukturu biz yaradırıq. Dövlətlə danışıqlarda belə razılıq əldə olundu ki, elektron viza sisteminin qurulması nəticəsində elektron viza üçün ödənilən vəsaitin 20 dolları dövlət büdcəsinə, 3 dolları bizə çatsın. Bu barədə razılıq əldə olundu və beləliklə, buna uyğun olaraq bu sistem Azərbaycanda quruldu. Ehtiyaca uyğun infrastrukturun genişlənməsi ilə bağlı işləri də biz görürük. Bizim şirkət 25 ildir ki, Azərbaycanda, Orta Asiya bazarında fəaliyyət göstərir, işləyir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!