USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ermənistanın sabiq prezidenti yenidən həbs edilib

Ermənistanın apellyasiya məhkəməsi sabiq prezident Robert Koçaryanın azadlığa buraxılması haqqında birinci instansiya məhkəməsinin qərarını ləğv edib və o, yenidən həbs olunub.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, apellyasiya məhkəməsindən Koçaryanın azadlığa buraxılması müqabilində verilən girov ödənişinin geriyə qaytarılacağı və onun qərardan sonrakı 15 gün müddətində şikayət verə biləcəyini bildiriblər. Sabiq prezident və onun vəkilləri məhkəmə iclasını boykot ediblər.

Koçaryanın təcili həbsinin onun son günlərdə Paşinyan hakimiyyətinin siyasətini, xüsusilə Dağlıq Qarabağdakı saxta rejimə münasibətini sərt tənqid etməsi ilə əlaqələndirirlər.

Xatırladaq ki, 2018-ci ilin iyulunda sabiq prezidentə qarşı konstitusiya quruluşunun devrilməsi ittihamı ilə cinayət işi qaldırılıb və o, bir gün sonra həbs edilib. Bu ilin mayında saxta “respublika”nın liderlərinin zəmanəti ilə azad edilən Koçaryanın cinayət işi Konstitusiya məhkəməsinə göndərilib. Sabiq dövlət başçısına qarşı böyük məbləğlərdə rüşvət alma ittihamı da irəli sürülüb. O, bu ittihamları rədd edir və həbsinin siyasi təqib olduğunu bəyan edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!