USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aprel döyüşlərində dağılan tarixi-dini abidələrin siyahısı açıqlanıb

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu ilin aprelin əvvəlində Ermənistanın təxribatı nəticəsində cəbhəyanı ərazilərdə ziyan görən tarixi-dini abidələrin siyahısını açıqlayıb. 

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, döyüşlər zamanı Ermənistan hərbiçilərinin Ağdam rayonunun Mahrızlı kənd qəbiristanlığına atdığı top mərmiləri nəticəsində 6 qəbir tamamilə dağılıb, 7 qəbrin isə baş və sinə daşları yararsız hala düşüb. Dini Komitənin sədri Mübariz Qurbanlı bununla əlaqədar olaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinə etiraz məktubu göndərib. Eyni zamanda ölkədə fəaliyyət göstərən dini konfessiyalar dünya ictimaiyyətinə müraciət edib.

Məlumatda qeyd olunub ki, bu ilin aprel ayının 5-də Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində Ağdam və Tərtər rayonlarının ərazilərində başqa sahələrlə yanaşı, XIX əsrə aid olan tarixi-dini abidələr də erməni vandalizminə məruz qalıb, bəzi məscidlərə isə ciddi ziyan dəyib.

Komitə bildirir ki, işğal altındakı torpaqlarımızda təsbit olunan tarixi-dini abidələrin təqribi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!