USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyə İlham Əliyevə təşəkkür etdi

Türkiyənin baş naziri Binali Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O, Azərbaycanın dövlət başçısına Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasında etdiyi köməyə görə minnətdarlığını bildirib. 

Yıldırım İlham Əliyevlə yanaşı Qazaxıstan lideri Nursultan Nazarbayeva da verdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb. 

“Qarşılıqlı yazışmalarda Rusiya və Türkiyə arasında buzların əriməsi üçün çalışdıq. İndi başqa bir dövr başlayır. Dostlarımız artacaq, düşmənlərimiz azalacaq”.

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Bakıya səfər edən Türkiyənin o zamankı baş naziri Əhməd Davudoğlu ilə görüşən Prezident İlham Əliyev iki dövlət arasında vasitəçi ola biləcəyini açıqlamışdı. Rusiya və Türkiyə İlham Əliyevin bu təşəbbüsünü yüksək qiymətləndirmişdi. 

Türkiyənin baş naziri Binali Yıldırım da yeni vəzifəsinə təyin edildikdən sonra ilk səfərini Azərbaycana etmişdi. İlham Əliyev onunla görüş zamanı Azərbaycana bütün sahələrdə hərtərəfli dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mart ayında “Hesabat” verilişində Mir Şahinin qonağı olarkən Azərbaycanın müttəfiqi Türkiyə ilə strateji tərəfdaşı Rusiyanın münasibətlərindən danışıb: “Biz çalışırıq ki, Rusiya ilə Türkiyə barışsın. Biz çalışırıq ki, bu iki ölkə arasında müəyyən qədər də kənardan yaradılan münasibətlər aradan qıldırılsın. Biz çalışırıq ki, hər iki dövləğt ortaq maraqları tapıb, keçmişə deyil, gələcəyə münasibətlərini qursun”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!