USD - 1.7 EUR - 1.9322 RUB - 0.0256 TRY - 0.3173 DAHA ÇOX
SON DƏQİQƏ
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib Azərbaycan Rusiyaya qəza ilə əlaqədar elektrik enerjisi ötürüb Elmar Məmmədyarov moldovalı həmkarı ilə görüşüb Bolqarıstanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib
“Donuz qripi” ilə bağlı dezinfeksiya olunacaq ali məktəblərin adları açıqlanıb

“Donuz qripi” təhlükəsinə qarşı Bakıda dezinfeksiya işləri aparılacaq ali təhsil müəssisələrinin adları açıqlanıb.

Bu barədə APA-ya Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kamalə Cəfərova məlumat verib. Onun sözlərinə görə, gələn həftədən etibarən Bakı Dövlət Universiteti, Qərb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Musiqi Akademiyası, Polis Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində “donuz qripi”nə qarşı dezinfeksiya işlərinin aparılması planlaşdırılır.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanda “donuz qripi” aşkarlanmayıb. “Donuz qripi” təhlükəsi ilə əlaqədar Azərbaycanın rayonlarındakı mərkəzi xəstəxanaların yoluxucu xəstəliklər şöbələrində, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında xüsusi palatalar ayrılıb. “Donuz qripi” təhlükəsinə qarşı Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki 471 məktəb və 417 uşaq bağçasında dezinfeksiya işləri aparılıb.


Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio