USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dünya bazarlarına 3 trilyon ziyan dəyib

Dünya fond bazarları Böyük Britaniyada keçirilmiş referendumdan ("Brexit") sonra aktivlərin satışında yaşanan ajiotaj nəticəsində iki gün ərzində rekord məbləğdə - 3 trilyon dollar itiriblər.

"Financial Times" qəzeti xəbər verir ki, bir çox investorlar referendumun bu cür nəticələrinə hazır olmayıb. "Convergex" beynəlxalq konsaltinq şirkətinin aparıcı analitiki Nikolas Kolas deyib ki, az sayda maliyyəçilər Böyük Britaniyanın Aİ-dən çıxacağını təxmin edə bilib və fond bazarlarındakı dəyişikliklər bununla bağlıdır.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Avropa İttifaqından (Aİ) çıxmağa səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 51,9 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Tövsiyə xarakterli bu referendumun nəticələri parlamentin müzakirəsinə çıxarılmalıdır və deputatlar xalqın fikri ilə razılaşmaya bilərlər. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!