USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İstanbul hava limanında dəhşətli partlayış- YENİLƏNİB

Türkiyənin rəsmi Anadolu Agentliyi İstanbulun Atatürk Hava limanında baş vermiş terror hadisəsi zamanı 6-sı ağır olmaqla 60 yaralı olduğunu bildirib.

 

Yaralılar patlayışdan sonra əraziyə cəlb edilmiş 49 təcili tibbi yardım maşını ilə xəstəxanalara daşınıb. 

 

İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu qeyd edib. 

 

****

İstanbulun "Atatürk" beynəlxalq hava limanında güclü partlayış baş verib.

 

İki partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir. 

 

Məlumata görə, hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb olunub.

 

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılır.

 

Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.  

 

Hadisənin terror aktı olduğu bildirilir. Partlayışdan sonra hadisə yerində terrorçuya məxsus "Kalaşnikov" markalı avtomat aşkar olunub. 

 

 

Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.    

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!