İstanbulun “Atatürk” hava limanında baş vermiş terror hadisəsi zamanı Azərbaycan Hava Yollarının (AZAL) əməkdaşları arasında xəsarət alan olmayıb.
AZAL-ın Atatürk hava limanındakı nümayəndəliyindən bildirilənə görə, hadisə aeroportun girişində AZAL, Aeroflot və digər hava yollarının sərnişinlərinin uçuş üçün qeydiyyatdan keçirilmələri üçün nəzərdə tutulan bölümün qabağında baş verib.
Bura gələn terrorçu əvvəlcə ətrafa atəş açıb, daha sonra isə özünü partladıb.
“Bizim əməkdaşlar ərazidən tez uzaqlaşa bildilər. Heç kim xəsarət almadı. Bildiyimiz qədər, “Aeroflot” əməkdaşlarından da xəsarət alan olmayıb” deyə, AZAL nümayəndəsi bildirib.
Nümayəndəlikdən onu da qeyd ediblər ki, hazırda AZAL-ın aviareys həyata keçirməli olan təyyarəsi Atatürk hava limanında gözləyir: “Bizim sərnişinlər təyyarədədirlər”.
Qeyd edək ki, bu saatlarda Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarənin Atatürk Hava Limanına gözlənilən enişi də təxirə salınıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!