USD - 1.7 EUR - 1.8883 RUB - 0.0267 TRY - 0.2957 DAHA ÇOX
SON DƏQİQƏ
S.İbrahimbəyli və "Terpsihora" adlı filmi: Aİ-nin Azərbaycanda gender bərabərliyinin qorunmasına dəstəyi haqqında - AUDİO Britaniyanın bir çox mükafatlara layiq görülmüş #Selector radio şousu geri qayıdır! Sabahın hava proqnozu açıqlanıb Tarix İnstitutunun əməkdaşı “İlin peşəkar gənci” fəxri adına layiq görülüb Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
Prezident İlham Əliyev Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar.

ASAN Radio xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər və rayonun perspektiv inkişafı ilə bağlı layihələr barədə məlumat verdi.

Sonra dövlətimizin başçısı və birinci xanım Pirallahı Rayon İcra Hakimiyyəti üçün inşa edilən binada yaradılan şəraitlə tanış oldular.

Prezident İlham Əliyevin “Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci ildə imzaladığı Sərəncama əsasən rayon icra hakimiyyəti üçün dördmərtəbəli bina inşa olunub. Binada operativ-idarəetmə, vətəndaşların qəbulu, iş otaqları, akt və konfrans zalları, kitabxana və digər zəruri otaqlar var. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.

Yeni binada yaradılan şərait ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan bu bina rayonun görkəminə də xüsusi gözəllik verir. Rayon icra hakimiyyəti üçün inşa olunan binanın ətrafında genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, fəvvarə quraşdırılıb, işıqlandırma sistemi yaradılıb, mindən çox ağac və gül-çiçək əkilib, yaşıllıq zolağı salınıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio