USD - 1.7 EUR - 1.8816 RUB - 0.0259 TRY - 0.2946 DAHA ÇOX
SON DƏQİQƏ
DYP hava ilə bağlı sürücülərə müraciət edib “Azərkosmos” Füzulinin təsvirini yaydı - FOTO Bu yay 42 nəfər suda boğularaq ölüb BMT “Dağlıq Qarabağ respublikası”nı tanımır Nazir vətəndaşları qəbul edib
“Xəzərin mühafizəsində birik, birlikdəyik” 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə sabah Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçiriləcək. 

Xəzər günü ərəfəsində keçiriləcək və yüzlərlə insanın qatılacağı aksiyada məqsəd təkcə dəniz sahilini plastik və məişət  tullantılarından təmizləmək deyil, həm də insanların çimərliklərin təmiz saxlanılmasına dair cəmiyyətə çağırışı,  Xəzərin çirkləndirilməsinə etirazıdır”. ETSN-nin mətbuat katibi İradə İbrahimova ASAN Radioya açıqlamasında bildirib ki, avqustun 9-a planlaşdırılan aksiyada nazirliyin əməkdaşları və YAP nümayəndələri ilə birgə millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin ekoloji təmiz istehsalat qurmuş müəssisələrin nümayəndələri  də iştirak edəcək. Belə bir kütlləvi aksiyanin keçirilməsi Xəzər dənizinin çirklənmədən qorunmasını, çimərliklərdə təmizliyə riayət olunmasını təbliğ etməyə və tullantıların qarşısını almağa yönəlib.

Ümid edirik ki, hər kəs ətraf mühitə, çimərliklərə, Xəzərin təmizliyinə daha məsuliyyətlə yanaşacaq və gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq.

İ.İbrahimova qeyd edib ki,  2006-cı ildə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir. 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio