USD - 1.7 EUR - 1.8813 RUB - 0.0268 TRY - 0.2926 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub  Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib "İnkişaf Zamanı" proqramı həyata keçirilib Səyyar ASAN xidmət penitensiar xidmət müəssisələrində “SMART ASAN” - Azərbaycanda daha bir unikal yenilik
“Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirilib

Avqustun 9-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə "Xəzərin mühafizəsində birik, birlikdəyik" devizi altında iməcilik keçirilib.

ASAN Radio xəbər verir ki, "Xəzər günü" ilə əlaqədar keçirilən aksiyada ETSN əməkdaşları, YAP nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin "AzEkol" MMC, "Təmiz şəhər" ASC, "Azərsun Holdinq" MMC, Qafqaz Regional Ekoloji Mərkəzinin Azərbaycan ofisinin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada 10 hektar ərazi tullantılardan təmizlənib. 

Aksiyada qonaq qismində ASAN Radionun direktoru Emin Musavi də iştirak edib və tədbirdən eksklüziv müsahibələr alıb. Açıqlamalar efirdə təqdim olunur.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə əməkdaşlığı gücləndirməkdir.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana aid şimaldan-cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları keçirilib.

Xatırladaq ki, 2006-cı il avqustun 12-dən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust "Xəzər günü" kimi qeyd olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio