USD - 1.7 EUR - 1.8816 RUB - 0.0259 TRY - 0.2946 DAHA ÇOX
SON DƏQİQƏ
DYP hava ilə bağlı sürücülərə müraciət edib “Azərkosmos” Füzulinin təsvirini yaydı - FOTO Bu yay 42 nəfər suda boğularaq ölüb BMT “Dağlıq Qarabağ respublikası”nı tanımır Nazir vətəndaşları qəbul edib
99 yaşlı Bərdə sakininə ilk dəfə şəxsiyyət vəsiqəsi təqdim edilib

Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kənd sakini 99 yaşlı Mustafayeva Tuyğun İmran qızına ilk dəfə olaraq şəxsiyyət vəsiqəsi verilib.

ASAN Radio xəbər verir ki, Bərdə “ASAN xidmət” mərkəzinə müraciət etmiş 99 yaşlı sakinə şəxsiyyət vəsiqəsi onun yaşadığı evdə təqdim edilib. Tuyğun Mustafayeva jurnalistlərə müsahibəsində deyib: "Bu günə çox şükür. Şəxsiyyət vəsiqəsi almaq üçün "ASAN" xidmətə müraciət etdim. Vəsiqəni gətirənlər də, göndərənlər də sağ olsunlar".

Bərdə regional “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi Şəbnəm Süleymanova qeyd edib ki, Mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 31 milyondan çoxdur.

Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başladığı 12 mart 2015-ci ildən indiyədək 1,5 milyondan çox vətəndaş müraciəti qəbul edib. Mərkəz Bərdə ilə yanaşı, Yevlax, Mingəçevir, Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Ucar şəhər və rayonlarında qeydiyyatda olan sakinlərə xidmət göstərir. Bundan başqa səyyar avtobus xidmətləri vasitəsilə Naftalan şəhəri və Goranboy rayonu sakinlərinə də xidmət göstərilir. Vətəndaşlar Mərkəzin xidmətlərindən mobil səyyar xidmət vasitəsilə də yararlanırlar.

"99 yaşlı Bərdə sakini Tuyğun Mustafayeva da şəxsiyyət vasiqəsi almaq üçün Mərkəzə müraciət edib. Mərkəzin əməkdaşları dərhal vətəndaşın yaşadığı evə gələrək sənədlərini qəbul ediblər. Bu gün Tuyğun xanımın şəxsiyyət vəsiqəsi ona evində təqdim edildi", - deyə Bərdə regional “ASAN xidmət” mərkəzinin əməkdaşı bildirib.

Qeyd edək ki, hazırda ölkəmizdə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bu il Tovuz, Ağcabədi, Şamaxı, Kürdəmir və Balakəndə də “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. 2019-cu il aprel 5-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində daha iki “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio