Avropa Liqasının I təsnifat mərhələsinin oyunları davam edir.
Bu gün daha 44 oyun keçiriləcək.
Təmsilçilərimizdən "Qəbələ" Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək. "Neftçi" isə səfərdə Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
20:00. "Baltsan" (Malta) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Yovan Kaludyeroviç
Hakimlər: Daniel Deviç, Vladan Todoroviç
Dördüncü hakim: Mileta Şçepanoviç (hamısı Monteneqro)
Paolo. "Hibernian" stadionu
21:00. "Qəbələ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan)
Baş hakim: Denis Şerbakov
Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka
Dördüncü hakim: Sergey Tsınkeviç (hamısı Belarus)
Bakı. 8-ci kilometr qəsəbə stadionu
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!