USD - 1.7 EUR - 1.8816 RUB - 0.0259 TRY - 0.2946 DAHA ÇOX
SON DƏQİQƏ
DYP hava ilə bağlı sürücülərə müraciət edib “Azərkosmos” Füzulinin təsvirini yaydı - FOTO Bu yay 42 nəfər suda boğularaq ölüb BMT “Dağlıq Qarabağ respublikası”nı tanımır Nazir vətəndaşları qəbul edib
İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzləri vasitəsilə 7 900-dan çox lisenziya verib

Bu ilin I yarısında Azərbaycanda sahibkarlara 1 130 lisenziya verilib ki, bunun da 568-i yeni, 562-si isə müddətsiz lisenziyalarla əvəzetmə olub.

ASAN Radio xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevməlumat verib. 

Onun sözlərinə görə, ümumilikdə İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 iyul 2019-cu il tarixinə qədər sahibkarlara 7 900-dan çox lisenziya verib. Ötən ilin martında yaradılmış “Lisenziyalar və icazələr” portalı isə 1 100-dən çox elektron lisenziya verilib.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Şahin Mustafayev bildirib ki, I yarımildə dəyəri 449 milyon manatdan çox olan layihələr üzrə 50 investisiya təşviqi sənədi verilib: “Layihələrin 58%-i sənaye, 34%-i kənd təsərrüfatı, 8%-i isə turizm sahələrini əhatə edir. Özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün bu ilin birinci yarımilliyində sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. 6 ayda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 265 yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68%-i aqrar sektorun, 32%-i sənaye istehsalı və emalının, eləcə də 44%-i regionların, 56%-i isə Bakı qəsəbələrinin payına düşür".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio