USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyədəki terror qurbanlarının xatirəsi Bakıda yad edildi - FOTOLAR

Atatürk Hava Limanında törədilən terrorla əlaqədar bu gün Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

Terror qurbanlarının xatirəsinin yad edildiyi tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Alper Coşkun və səfirliyn nümayəndələri də iştirak edib. Səfir Azərbaycanın ölkə başçısına və xalqına Türkiyəyə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

 

ASAN Radionun əməkdaşının məlumatına görə, qardaş türk xalqının dərdinə və hüznünə şərik olanların ardı-arası kəsilmir. Tədbirdə sıravi vətəndaşlarla yanaşı, Azərbaycanın hökumət nümayəndələri də iştirak edib və qardaş Türkiyənin dərdinə şərik olduqlarını ifadə ediblər.

 

Xatırladaq ki, iyunun 28-də Atatürk Hava limanında törədilən partlayış nəticəsində 43 nəfər ölüb, 239 nəfər yaralanıb. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!