USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Özünüzü qoruyun: İsti, tozlu küləklər gəlir

İyulun 20-25-dən sonra Azərbaycana tropik quru isti hava kütləsinin gələcəyi - quru, isti, tozlu küləklərin əsəcəyi gözlənilir.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənov qeyd edib ki, iyulun 20-25-dən sonra atmosfer təzyiqinin fərqindən asılı olaraq, Azərbaycana ya Orta Asiyadan quru isti, ya da Şimali Afrikadan və Ərəbistan yarımadasından tropik quru isti hava kütləsi gələcək.

M.Həsənov deyib ki, Azərbaycanda yay ayları ərzində cənub küləkləri həmişə müşahidə edilir. Yay fəslinin əksər vaxtlarında cənub küləkləri əsir. Lakin bu il cənub küləklərinin iyulun 20-25-dən avqustun 15-dək olan dövr ərzində daha intensiv əsəcəyi gözlənilir.

O, əlavə edib ki, builki quraqlıq dövrü təqribən keçənilki kimi olacaq. Müəyyən günlərdə 40 dərəcə istinin müşahidə ediləcəyi gözlənilir. Lakin builki quraqlığın fərqli cəhəti o olacaq ki, isti quru küləklər torpağın da rütubətini xeyli azaldacaq.

Alim qeyd edib ki, belə hava şəraitinin isti küləklərlə müşahidə olunması kənd təsərrüfatına, xüsusilə birillik bitkilərə daha çox mənfi təsir edə bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!