USD - 1.7 EUR - 1.8883 RUB - 0.0267 TRY - 0.2957 DAHA ÇOX
SON DƏQİQƏ
S.İbrahimbəyli və "Terpsihora" adlı filmi: Aİ-nin Azərbaycanda gender bərabərliyinin qorunmasına dəstəyi haqqında - AUDİO Britaniyanın bir çox mükafatlara layiq görülmüş #Selector radio şousu geri qayıdır! Sabahın hava proqnozu açıqlanıb Tarix İnstitutunun əməkdaşı “İlin peşəkar gənci” fəxri adına layiq görülüb Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
Aşura günündə 2641,1 litr qan tədarük olunub

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.

Nazirliyin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, paytaxtda və bölgələrdə təşkil olunan qanvermə aksiyalarında saat 9:00-dan 18:00-a qədər 5809 nəfər könüllü olaraq qan verib. Ümumilikdə isə 2641,1 litr qan tədarük olunub.

Qeyd edək ki, qanvermə aksiyaları 25 şəhər və rayon üzrə 33 yerdə təşkil olunub.

Bakı şəhəri üzrə: Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir-Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi”, “Sahibəzzaman” məscidi, Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı”, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzə pir» məscidi, “Hacı Cavad” məscidi və “Hacı Soltanəli» məscidi;

Bölgələrdə: Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar” məscidi, Mingəçevir şəhəri “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhəri “İmam Əli” məscidi, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), Cəlilabad Mərkəzi Rayon Xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu Mərkəzi Rayon Xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər “Cümə” məscidi.

Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilib, hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə ediləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio