USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyə Rusiya görüşü başladı

Türkiyə və Rusiya arasında 6 aydan sonra ilk dəfə iki yüksək rütbəli məmurun görüşü baş tutub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov türk həmkarı Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirir. Görüş Soçidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərləri Şurasının iclası çərçivəsində keçirilir.

Sergey Lavrov Çavuşoğlu ilə görüşün münasibətlərin normallaşmasına təkan verəcəyinə ümid etdiyini deyib. 

Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşünə 40 dəqiqə vaxt ayrılıb. Görüşdə Suriya məsələsinin də müzakirə ediləcəyi bildirilir.

Mövlud Çavuşoğlu və Sergey Lavrov son dəfə 2015-ci il dekabr ayının 4-də görüşüblər.

Həmin vaxt Rusiya qırıcısı Türkiyə ordusu tərəfindən vurulduğu üçün iki ölkə arasında münasibətlər gərginləşmişdi. Amma nazirlərin görüşündən sonra verilən açıqlamalar heç də ürəkaçan deyildi. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!