BMT Baş Assambleyasının sentyabr ayında Nyu Yorkda keçiriləcək sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşə bilər.
ASAN Radionun məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "Əsrin müqaviləsi"nin imzalanmasına dair keçirilən seminarda deyib.
H.Hacıyev bildirib ki, Ermənistan tərəfindən danışıqlar prosesinə ciddi zərbələr vurulur və danışıqlar prosesinin pozulması istiqamətində təxribatçı addımlar atılır. Ona görə də qarşıdan gələn görüşdə Azərbaycan tərəfinin mövqeyi hərmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq.
BMT Baş Assambleyasının ABŞ-ın Nyu-York şəhərində keçiriləcək 74-cü sessiyasında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Nazirin sentyabrın 28-da çıxışı da nəzərdə tutulur.
Qeyd edək ki, BMT-nin 74-cü sessiyası sentyabrın 17-də başlayacaq. Əsas müzakirələr isə sentyabrın 25-dən etibarən keçiriləcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!