Atatürk hava limanında baş verən terror hadisəsini törədənlərdən ikisinin adı məlum olub. Türkiyə mətbuatının verdiyi məlumata görə, terrorçuların hər ikisi Rusiya vətəndaşı olub. Onlar Rakim Bulgarov və Vadim Osmanovdur.
Polis onların adlarını maklerə verdikləri pasportların üzərindəki şəkillər vasitəsi ilə müəyyən edə bilib. Terrorçuların meyitləri tanınmaz halda olduğu üçün onlardan üçüncüsün şəxsiyyətini müəyyən etmək hələlik mümkün deyil. Polis üçüncü terrorçunun adını öyrənmək üçün araşdırmaları davam etdirir.
Bundan öncə terrorçuların rus, özbək və qırğız olduğu deyilirdi.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!