Məişət tullantıları arasından son bir həftə ərzində 50-ə yaxın müxtəlif sənədlər - 22 şəxsiyyət vəsiqəsi, 6 pasport, 1 hərbi bilet, 3 sürücülük vəsiqəsi, 3 avtomobil texniki pasportu, 13 müxtəlif bank kartı və s. tapılıb. Tapılmış sənədlər “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib.
Bu barədə “Təmiz Şəhər” ASC-dən məlumat verilib.
Sənədlərini itirmiş şəxslər Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna müracitə edərək tapılmış sənədlər arasında ona aid sənədin olub-olmadığını öyrənə bilər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!