USD - 1.7 EUR - 1.9066 RUB - 0.0248 TRY - 0.2519 DAHA ÇOX
SON DƏQİQƏ
Həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda bütün market və apteklər bağlı olacaq ÜST: Sərt karantin rejiminin nəticəsi 10-14 gün sonra bilinəcək Qərargah: "Abituriyent və valideynlərinin test olunması nəzərdə tutulmayıb"   Xəbər saytları evdən işləyəcək, TV və radiolara isə məhdud sayda işçi cəlb etməsi tövsiyə olunub Operativ Qərargah: Tibbi maskaların tədarükü ilə bağlı Azərbaycanda hər hansı problem yoxdur
Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

26 noyabr tarixində Şəki “ASAN Həyat” kompleksində ASAN Könüllüləri və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə ilə həyata keçirilən “ASAN İnkişaf Modeli- Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində təşkil olunan işgüzar inkişaf təlimlərinə start verilib.

Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda  qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.  

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, AIM-W 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər professor Bülent Himmetoğlu, Dr. İşıl Keskin Şahan və Soner Şahan iştirak edirlər. 

Layihə çərçivəsində bundan əvvəl Mingəçevir və Qubada təlimlər baş tutub. Layihə Şəki ilə yanaşı, Gəncə, Qəbələ, Sumqayıt iqtisadi zonlarını da əhatə edəcək. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio