USD - 1.7 EUR - 1.9044 RUB - 0.0248 TRY - 0.2527 DAHA ÇOX
SON DƏQİQƏ
Xəbər saytları evdən işləyəcək, TV və radiolara isə məhdud sayda işçi cəlb etməsi tövsiyə olunub Operativ Qərargah: Tibbi maskaların tədarükü ilə bağlı Azərbaycanda hər hansı problem yoxdur TƏBİB: Ölmüş şəxslərin COVİD-19-dan ölməsi barədə təklif verilməsinə dair şayiələr tamamilə əsassızdır Qərargah: 190 manatlıq birdəfəlik ödəmə gündəmdə deyil TƏBİB: Apteklər bağlı olacağı üçün dərmanları əvvəldən almaq lazımdır  
Azərbaycan Ordusunun raket-artilleriya bölmələrinin taktiki təlimləri başlayıb

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nəzəri bilikləri və təhlükəsizlik qaydalarını mənimsəyən şəxsi heyətlə poliqonlarda müxtəlif mövzularda praktiki məşğələlər keçirilir.

Təlimlər raket və artilleriya qoşunlarının idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində digər qoşun növləri və qismləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilir.

Praktiki məşğələlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetirirlər.

Təlimlər zamanı Raket və Artilleriya Qoşunlarının bölmələri döyüş atışları icra edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio