USD - 1.7 EUR - 1.8991 RUB - 0.0271 TRY - 0.294 DAHA ÇOX
SON DƏQİQƏ
İstirahət günlərində gözlənilən hava proqnozu Azərbaycan XİN ABŞ Senatının qətnaməsini qərəzli və hüquqi əsası olmayan sənəd hesab edir Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib "ASAN xidmət" növbəti sosial rubrikaya start verib - Video
“Azərbaycan Könüllülük Həftəsi” Ağcabədidə "VətənimİZ" devizi altında tədbirlərlə davam edib

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatların və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” "VətənimİZ" devizi altında silsilə tədbirlərlə davam edib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin, “Regional İnkişaf” İctimai Birliyinin gənc könüllüləri ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsi önünə qızılgül və qərənfillər qoyub, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Gənclər sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya, foto və sənədlərlə tanış olub, “Əsl məhəbbət haqqında” sənədli filmini izləyiblər.

“Azərbaycan Könüllülük Həftəsi” dekabrın 9-dək bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcək. “Şəhidimiz” kampaniyası ilə start götürən həftədə növbəti günlərdə “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, “TəbiətimİZ” adı altında ekoloji aksiyalar və digər tədbirlərin təşkili nəzərdə tutulur. Dekabrın 5-də isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumuna və xüsusi konsert-əyləncə proqramına minlərlə gənc qatılacaq. Həftənin ən fəal 300 könüllüsü 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəklər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio