USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
YAP-da Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının İcra  Katibliyində Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, partiya üzvləri iştirak edib.

Əvvəlcə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Siyavuş Novruzov bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin anım günüdür: “Biz tarixə baxsaq, görərik ki, son 100 ilin 50 ili ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ümummilli lider hakimiyyətdə olanda həmişə xalqı, dövləti və azərbaycanlı olmağı ilə fəxr edib. Harada olmasından asılı olmayaraq, azərbaycanlı olmaq onun üçün çox əhəmiyyətli idi və gələcək nəsillərə də bu istiqamətdə həmişə öz tövsiyələrini, tapşırıqlarını verirdi. Bu tədbirdə də əsasən gənclər iştirak edirlər. Bu yaxınlarda cənab Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri oldu. Cənab Prezident orada gənclərlə görüşü zamanı onlara Azərbaycan tarixinin mükəmməl öyrənilməsinin, ölkəmizin hansı çətinliklərdən keçərək indiki vəziyyətə gəldiyini öyrənməyin vacib olduğunu bildirdi. Çünki tarixi öyrənmədən ondan dərs çıxarmaq çətin olur”.

YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, Azərbaycan xalqı Heydər Əliyevi hər gün anır: "Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır. Azərbaycan tarixində tarixi şəxsiyyət kimi rolu əvəzsizdir".

M. Qurbanlı bildirib ki,  Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Azərbaycan az zaman içərisində bir çox sahədə ciddi nailiyyətlərə imza atıb: "Tarixi tarixdən ibrət almaq üçün oxumalıyıq. Ulu öndərin ibrətamiz addımlarını öyrənmək lazımdır".

Daha sonra tədbir çıxışlarla davam edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!