USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Şirməmməd Hüseynov” mükafatı kimlərə veriləcək? AUDİO

Parlament Jurnalistləri Birliyinin (PJB) təsis etdiyi “Şirməmməd Hüseynov” mükafatının Əsasnaməsi təsdiq edilib.

ASAN Radionun məlumatına görə, bunu birliyin rəhbəri Elşad Eyvazlı deyib.

Onun sözlərinə görə, bununla bağlı PJB İdarə Heyəti qərar qəbul edib: "Əsasnaməyə görə, mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir. “Şirməmməd Hüseynov” mükafatı fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafına töhfə vermiş, jurnalistikanın inkişafı sahəsində yüksək xidmətləri olmuş, eləcə də jurnalistika sahəsinin zənginləşdirilməsi və inkişafına xidmət edən, jurnalistikanın tədrisi sahəsində qazandıqları mühüm nailiyyətlərə görə fərqlənən şəxslərə veriləcək. Azərbaycanla bağlı xarici mediada çıxış edən əcnəbi vətəndaşlar və fəaliyyətində peşə prinsiplərinə riayyət etməsi ilə fərqlənən jurnalistlər də namizəd ola bilərlər”.

E.Eyvazlı əlavə edib ki, “Şirməmməd Hüseynov” mükafatına namizədlərin müəyyən edilməsi məqsədilə PJB İdarə Heyətinin qərarı ilə 5 nəfərdən ibarət Ekspert Komissiyası yaradılıb: “Komissiyanın sədri tanınmış jurnalist Elşad Paşasoydur”.

Qeyd edək ki, bu ilin iyul ayında PJB üzvləri Milli Mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı keçirdikləri toplantıda “Şirməmməd Hüseynov mükafatı”nın təsis edilməsi barədə qərar qəbul ediblər.

Xatırladaq ki, Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov bu ilin iyunun 24-də 95 yaşında vəfat edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!