USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb

ASAN Radio xəbər verir ki, 13 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və “İdrak Texnoloji Transfer” MMC arasında “ASAN Railway” layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev,  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “İdrak Texnoloji Transfer” MMC-nin prezidenti Hikmət Abdullayev imzalayıblar. 

Memorandumun məqsədi dəmir yollarında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün “ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi layihəsinin birgə həyata keçirilməsində əməkdaşlığın təmin edilməsidir.

Dəmir yolu reysləri üzərində innovativ taksi sistemi olan “ASAN Railway” sərnişin daşınmasında ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olmaqla elektronika, robototexnika və internet həllərlə yüksək keyfiyyətli təhlükəsizliyi və istənilən yerə istənilən vaxtda çatma imkanını təmin edəcək.  

“ASAN Railway” sisteminin artıq ilkin modeli  laborator mühitdə hazırdır və müvafiq Memorandum prosesi daha da sürətləndirəcək.

“ASAN Railway” sistemi ilk dəfə İmişli “ASAN Həyat” kompleksinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!