USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yaqub Mahmudov Oksford Akademik Birliyinin fəxri professoru adına layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov müasir cəmiyyətdəki peşə nailiyyətlərinə görə Böyük Britaniyanın Oksford Akademik Birliyinin fəxri professoru adına (“Honorary Professor of the Academic Union, Oxford, UK”) layiq görülüb.

Tarix İnstitutundan ASAN Radioya verilən məlumata görə, Elmi şuranın iclasında AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova fəxri professor diplomu və mantiyasını Yaqub Mahmudova təqdim edib.

Tarixçi alimin bu fəxri ada layiq görülməsi Fransanın Kann şəhərində keçirilən “Keyfiyyət və idarəetmədə mükəmməllik” adlı forum və Avropa mükafatları gecəsində açıqlanıb. Bu fəxri ad müasir cəmiyyətin sosial və intellektual tərəqqisinə töhfə verən insanlara hörmət və minnətdarlıq simvolu olaraq verilir.

Xatırladaq ki, bundan əvvəl Yaqub Mahmudov Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən “Elmdə ad” (“The Name in Science”) fəxri tituluna, “Ən yaxşı baş menecer” fəxri adına və “Kraliça Viktoriya” beynəlxalq mükafatına layiq görülüb. O, dünya elminin inkişafına verdiyi töhfəyə görə XXI əsrin ən görkəmli elm adamlarının siyahısına daxil edilib. Tarix İnstitutu isə Beynəlxalq Sokrat Komitəsi tərəfindən “2012-ci ilin ən yaxşı müəssisəsi” (“Best Enterprises - 2012”) diplomu ilə təltif olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!