USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın xalq artistinə “Dünya Vətəndaşı” mükafatı verilib

 Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın xalq artisti, dövlət mükafatı laureatı Firudin Səfərova “Dünya Vətəndaşı” mükafatı verilib.

“Report”un xəbərinə görə, F.Səfərovu bu ada UNESCO - Strategiya 2014-2021 illərdə qlobal vətəndaşlığın formalaşdırılması proqramı, Yunanıstandakı Dünya Fəlsəfə Forumu (DFF) və Afina şəhərindəki Sokrat Fəlsəfə Məktəbi (SFM) layiq görüb.

DFF-nun Fəxri Prezidenti, SFM-nin rektoru Evanqelos Mutsopulosun imzası ilə soydaşımıza göndərilən sertifikatda deyilir ki, Səfərov Firudin Səttar oğlu beynəlxalq vətəndaş biliklərinə yiyələndiyi və peşəsinin ustası olduğu üçün “Dünya Vətəndaşı-21-ci əsr” yüksək beynəlxalq statusu daşımağa layiq görülür.

Qeyd edək ki, Daşkəndə köçməzdən əvvəl F.Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib, bu mədəniyyət ocağında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş verib.

Tanınmış rejissor 40 ilə yaxındır Daşkənddə fəaliyyət göstərir. O, Bakı və Daşkənd teatrlarında 70-dən çox müasir və klassik opera tamaşalarına quruluş verib.

Firudin Səfərovun 70 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd olunub və opera sənəti qarşısındakı xidmətlərinə görə Özbəkistan Prezidenti İslam Kərimovun Fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!