USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ABŞ-da iğtişaşlar başlayıb

Dallasda iğtişaşlar zamanı dörd polis əməkdaşı həlak olub, daha 11 nəfəri yaralanıb. “RİA Novosti”nin  xəbərinə görə, bu barədə yerli polis idarəsinin açıqlamasında bildirilir.

Luiziana və Minesota ştatlarında iki qaradərili şəxsin polis əməkdaşları tərəfindən  qətlə yetirilməsinin səbəb olduğu iğtişaşlar zamanı naməlum şəxslər Diley Plaza rayonu ərazisində asayiş keşikçilərinə snayper tüfənglərindən atəş açıblar. Nəticədə dörd polis əməkdaşı hadisə yerində həlak olub, daha on biri ağır yaralanıb. Onlardan üçünün vəziyyətinin kritik olduğu bildirilir.

Atəş açan şəxslər hadisə yerini tərk ediblər. 

Polis rəisi Devid Braun bildirib ki, atəş iki silahlı tərəfindən açılıb. Onun sözlərinə görə, həmin şəxslər polis əməkdaşlarını Dallasın mərkəzində partlayış törətməklə hədələyiblər.  

Son məlumata görə, polis əməkdaşlarına atəş açan şəxslər saxlanılıb. Onlardan biri könüllü şəkildə polis idarəsinə gələrək təslim olub, digərini isə xüsusi təyinatlılar saxlayıb. Polis bir qədər əvvəl könüllü təslim olan şəxsin şəklini yayaraq, barəsində axtarış elan etmişdir.  

  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!