USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Obama qaradərililərə qarşı olan mənfi münasibətləri pislədi

Amerikada qaradərililərə qarşı zorakılıq məsələsi gündəmə gəlib. Həftə ərzində iki qaradərilinin polis tərəfindən öldürülməsi Birləşmiş Ştatlar prezidenti Barak Obamanı bəyanat verməyə vadar edib. Obama bütün amerikalıların artıq qaradərili məsələsinə diqqət göstərməli olduğunu deyib.

Qaradərili insanların müntəzəm olaraq polis əməkdaşları tərəfindən öldürülməsi bütün Amerikalıları narahat edir. Bu fikri Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamadan bildirib. NATO sammitində iştirak etmək üçün Polşaya gələn Ağ Ev rəhbəri, verdiyi ilk açıqlamada Minnesota və Luiziana ştatlarında baş verən insidentləri pisləyib.

Çərşənbə günü Minnesotada qaradərili yeməkxana inzibatçısı maşını durdurularaq, polis tərəfindən övladı və yoldaşının gözü qarşısında güllələnib. Ondan bir gün əvvəl isə Luiziana ştatında Elton Sterlinq adlı qaradərili polis tərəfindən qətlə yetirilib.

Qətlə yetrilən Filanda Kastilin yanında olan yoldaşının polisin davranışını və qətl anını sosial mediyada canlı yayması isə hadisəyə daha çox diqqət cəlb edib. Həvəskar çəkilmiş kadrlarda polislərin Elton Sterlinqi həbs etməyə çalışdıqları və elə bu zaman ona atəş açdıqları görülür.

Bu hadisədən sonra ölkənin bütün kütləvi informasiya vasitələri polis zorakılığını pisləyən xəbərlər dərc etməyə başlayıblar. Polisin bu davranışına siyasilərlə yanaşı, sadə insanlar da etiraz etməyə başlayıb. Hər iki insidentin baş verdiyi şatatlarda etiraz aksiyaları keçirlir. Fəallar polis zorakılığına son qoyulmasını tələb edirlər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!