Amerika Birləşmiş Ştatlarında qaradərililərin etirazları pik həddə çatıb. Polisin qaradərili insanları qətlə yetirməsinə qarşı Dallasda keçirilən etiraz aksiyasında atışma baş verib.
Vətəndaşlar dinc şəkildə yürüş edən zaman şəhərin mərkəzindən güllə səsləri gəlib. Atəş səsindən sonra polis dəstələri yaxınlıqdakı yeraltı dayanacağa daxil olub və atəş açan şəxsin axtarışlarına başlayıb.
Yanğınsöndürənlər və ərazidə olan polislər etiraz edən sakinləri hadisə yerindən uzaqlaşdırmağa çalışıb.
BBC-nin yaydığı məlumata görə, atışmada 5 polis zabiti qətlə yetirilib, 11 nəfər yaralanıb. Dallas polis idarəsinin rəisi Devid Braun verdiyi açıqlamada silahlı hücumun kimliyi bəlli olmayan 2 snayper tərəfindən həyata keçirildiyini açıqlayıb.
Həmin şəxslərin genişmiqyasli axtarışı aparılır. Son məlumatlara görə, snayperlərdən biri xüsusi təyinatlı qüvvələr tərəfindən saxlanılıb. Digər silahlı şəxsin isə axtarışları davam edir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!