USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mübariz Qurbanlı Fransa Yəhudi icmasının nümayəndələrini qəbul edib

İyulun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransa Yəhudi icmasının nümayəndələrini və Fransada fəaliyyət göstərən Valiske Assosasiyasının rəhbəri Andre Kosmicki, Sorbon Universitetinin professoru Arianne Bendavidi, Fransa ictimaiyyətində tanınan yəhudi əsilli ziyalıları və iş adamlarını qəbul edib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, ölkəmizdə multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı yəhudi icmasının Azərbaycandakı fəaliyyətindən danışıb. Tolerantlığın xalqımızın həyat tərzi olduğunu önə çəkən komitə sədri Azərbaycanda bütün dinlərin nümayəndələrinin əsrlərdir sülh və qardaşlıq mühitində yaşadıqlarını vurğulayıb.

 

Ötən ilin sentyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində Parisdə həyata keçirilən "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçirilmiş konfransı məmnunluq hissi ilə xatırladığını deyən M.Qurbanlı ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətlərinin mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, 1995-ci ildə qəbul olunan Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipi yer alıb, bu dünyəvilik isə özündə dövlət-din münasibətlərini ehtiva edir. Komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

 

Valiske Assosasiyasının rəhbəri A.Kosmicki multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyib. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi təsadüfi deyil.

 

Görüşdə Azərbaycan xalqının multikultural və tolerant dəyərləri, yəhudi icmasına göstərilən diqqət və qayğı ətrafında fikir mübadiləsi aparılıb, həmçinin, Fransada Yəhudi icması ilə əməkdaşlıq məsələsi müzakirə olunub.

 

Dövlət Komitəsinin sədri Valiske Assosasiyasının rəhbəri A.Kosmickiyə Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edib.

 

Qeyd edək ki, görüşdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Dövlət Komitəsi sədrinin müavinləri və şöbə müdirləri iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!