USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
5 polis zabitini qətlə yetirənin kimliyi müəyyənləşdi

Texas ştatının Dallas şəhərində atəş açaraq 5 polis zabitini qətlə yetirməkdə şübhəli bilinənlərdən birinin kimliyi müəyyən olunub. "NBC News" telekanalının verdiyi məlumata görə, şübhəli şəxsin Mika Ksavyer Conson olduğu ehtimal edilir. Consonun 25 yaşı olub.

"Los Angeles Times" qəzetinin məlumatına görə, o Dallasda yaşayıb, keçmişdə heç bir cinayətdə şübhəli bilinməyib və terrorçu qruplaşmaları ilə əlaqəsi olmayıb. "Reuters"in hökümətdə olan mənbələrə istinadən verdiyi xəbərə görə isə, Conson ABŞ-ın ordu ehtiyyatına daxil olub. 

Dallasda toqquşmalar iki afroamerikalının öldürülməsindən sonra başlayıb. Əvvəlcə iyulun 4-də Luiziana ştatının Baton-Ruj şəhərində iki polis bir afroamerikalını yerə uzadıb, daha sonra polislərdən biri ona atəş açıb.

Səhəri gün isə analoji hadisə Minnesota ştatının Folkon-Hayts şəhərində baş verib. Bundan sonra ölkənin bir sıra şəhərində etiraz aksiyalarının keçirilməsinə başlanılıb. Dallasda aksiyalar faciə ilə nəticələnib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!