Məşhur italyan modelyer Corcio Armani Almaniyanın "Bavariya" futbol klubunun yeni formasını yaradacaq. Bu barədə "Armani qrupu" şirkətinin mətbuat xidmətindən xəbər verilib.
"Armani "Bavariya"nın rəsmi formasını yaradacaq", - deyə qısa xəbərdə bildirilir. Məlumatda həmçinin deyilir ki,"Armani qrupu" digər futbol komandaları ilə əməkdaşlıq haqda heç bir danışıqlar aparmır.
Armani idman geyiminin tərtibatı və istehsalı ilə artıq bir müddətdir ki, məşqul olur. 2012-ci il London Olimpiadasından başlayaraq Armani İtaliyanın milli olipmiya komitəsi ilə əməkdaşlığa başlayıb.
Modelyer artıq Rio-de-Janeyro olimpiyadası üçün də yeni kolleksiyasını hazırlayıb. Milli komandanın geyimi ağ rəng elementləri ilə tünd-göy çalarda hazırlanıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!