USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verilib

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rasim Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Xətai rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Əskərova bəraət verilib.

Hökmdən narazı qalan prokuror Nəriman Babayev protest verib. Protestə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Prokurorluğun şikayəti təmin edilməyib.

Prokurorluq Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Tahir Kazımov sədrliyi ilə keçirilən prosesdə iş üzrə hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilib.

Hazırda cinayət işi hakim Faiq Qasımovun icraatına araşdırılır. 

Qeyd edək ki, hadisə 2017-ci ildə Xətai rayonu, Zığ şossesində qeydə alınıb. "Ford" markalı, 90 HU 342 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 66 yaşlı Uğur Vəliyevi vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Daha sonra müəyyən edilib ki, Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov da həmin qəzanın iştirakçısı olub. Belə ki, sabiq nazirin idarə etdiyi "Mercedes" markalı avtomobilin yan güzgüsü Uğur Vəliyevə dəyib, daha sonra piyada Rasim Əskərovun idarə etdiyi "Ford” markalı yük maşını ilə vurulub. 

Sabiq nazir hadisə ilə bağlı APA-ya açıqlamasında qeyd edib ki, o, bu hadisədə şahid qismində istintaqa cəlb olunub: "Həmin şəxs yolu keçərkən sərxoş vəziyyətdə olub. Hadisə baş verən ərazidən 10 metr kənarda yerüstü piyada keçidi var. Lakin piyada həmin keçiddən istifadə etməyib. Ölən şəxs içkili vəziyyətdə avtobusdan düşərək səkkiz zolaqlı yolu qaçmağa başlayıb. Bu zaman avtomobilimin yan güzgüsünə dəydi. Sonradan isə digər maşın onu vuraraq öldürdü. Bütün bunları əks etdirən görüntülər də var. Mən də polisə şahid qismində ifadə verdim. Hər şeyi olduğu kimi danışdım”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!