USD - 1.7 EUR - 1.9044 RUB - 0.0248 TRY - 0.2527 DAHA ÇOX
SON DƏQİQƏ
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə alacaqlar İyunun 6-7-də keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarının vaxtı dəyişib Baş Nazir: "Yoluxma halları digər bölgələrdə artacağı halda, o bölgələrdə də sərt tədbirlər tətbiq olunacaq” Həftəsonu üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib - QƏRAR Gürcüstan daha 114 vətəndaşını Azərbaycandan təxliyə etdi
Qərargah: Vətəndaşların evdən çıxması elektron cihazlarla tənzimlənəcək

“Karantin rejiminin tələblərinə görə, vətəndaşların zəruri hallarda evdən çıxmasına icazə verilir - ərzaq, dərman almaq, məişət tullantılarını atmaq üçün və həyatı üçün təhlükə olanda".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

"Vətəndaşlara düzgün izah etmə məsələsi artıq həllini tapıb. Vətəndaşların evdən çıxması elektron cihazlarla tənzimlənəcək. Yaxın vaxtlarda geniş məlumat veriləcək. Vətəndaş evdən çıxmamış müəyyən nömrəyə SMS-lə bu barədə izah verəcək. Onlara icazə veriləcək. Vətəndaşa polis naryadı yaxınlaşanda o şəxsiyyət vəsiqəsini verəcək və polis planşetlə ona icazə verilib verilmədiyi görünəcək. Vətəndaş Yasamalda icazə alıbsa, başqa rayonda aşkarlanıbsa, o artıq karantin rejimini pozmuş kimi qiymətləndiriləcək", - deyə o əlavə edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio