"Barselona" heyətini daha bir futbolçu ilə gücləndirib. Kataloniya təmsilçisi PSJ-dən Lukas Diqne ilə anlaşıb. 22 yaşlı oyunçu ilə 5 illik sözləşmə imzalanıb.
İspanlar bu keçid üçün Paris təmsilçisinə 16,5 milyon avro ödəyib. Fransa millisinin üzvü son mövsümü icarə əsasında "Roma"da keçirib.
Bir müddət əvvəl "Barcelona" Fransa millisinin daha bir müdafiəçisini transfer etmişdi. "Lyon"un futbolçusu Samuel Umititinin "Barcelona"ya keçidi rəsmiləşib.
Katalon klubu 22 yaşlı futbolçuyla 5 illik müqavilə imzaladığını elan edib. Transfer katalonlara 25 milyon avroya başa gəlib.Fransalı müdafiəçi üçün buraxılış qiyməti 60 milyon avrodur. Umititi iyulun 14-də Kataloniyaya gələcək. Bir gün sonra onun təqdimatı keçiriləcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!