Bakı metrosunda kino nümayiş olunacaq. Bu barədə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu barədə məlumat verib.
Məlumata görə, sabah - 15 iyul 2016-cı il tarixində, səhər saat 11:00-da "Gənclik" stansiyasında növbəti sərginin açılışı olacaq. Sərgi Azərbaycan Kinematoqrafiyasına həsr olunub. Burada köhnə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunacaq.
"Metro Gallery" adlı layihə "Bakı Metropoliteni" QSC, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə həyata keçirilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!